Ölkə ərazisində növbəti 5 gün ərzində hava şəraiti necə olacaq?

Yaxın günlərdə Gürcüstanda hava şəraitinə antisiklon və onunla bağlı yüksək təzyiq sahəsi təsir edəcək. Bu isə sabit və günəşli günləri təmin edəcək.
Bu barədə Meteoroloq Koba Fartenadze proqnoz verib.
Bütün ölkə ərazisində qarşıdakı 5 gün ərzində buludsuz hava və +25, +30 dərəcə isti müşahidə olunacaq. Yeganə istisna dağlıq yaşayış məntəqələridir – axşam və gecə saatlarında qısamüddətli yağış ehtimal olunur.
Ümumilikdə, iyun ayı statistikaya uyğun keçəcək, yağıntı miqdarı normaya yaxın, bəzi yerlərdə isə normadan az olacaq.
mənbə: interpress