Məhkəmə prosesi keçirilən Nika Melia hakimin üzərinə su atıb-VİDEO

May 30, 2025 - 19:13
 0  65

Tbilisi şəhər məhkəməsində keçirilən prosesdə, Nika Melia, hakim İrakli Şvangiradzeye su atıb.

Hadisə, Melianın hakimi “tapşırığın icraçısı” adlandırdığı və onun niyə qanunsuz olaraq dünən həbs edildiyini araşdırmadığını iddia etdiyi vaxt baş verib.

“Siz iştirakçısınız. Müdafiənin bir halqasisiniz – əhəmiyyətli və ya əhəmiyyətsiz, heç kim bilmir. Amma fakt odur ki, cinayətkar [qruplaşmanın] bir hissəsisiniz və heç bir sual vermirsiniz: necə oldu ki, burada oldum, kim məni oğurladı, niyə oğurladı və niyə maşının içindəki videoavadanlıqlar zədələndi. Əlavə olaraq, siz müvəqqəti olaraq məhkəmə hakimi təyin olunmusunuz və hər kəs bunu bilir. Növbəti üç ildə Çinçaladze və Muruşidze sizi izləyəcək və siz onların göstərişlərinə uyğun qərarlar qəbul edəcəksiniz.”- Nika Melia hakimə müraciətində deyib.

Bu ifadələrdən sonra Melia hakimə su atıb və məhkəmə zalından çıxarılıb. Eyni zamanda zalda iştirakçılar və məhkəmə nəzarətçiləri arasında qarşıdurma yaranıb və hakim iclası dayandırıb.

Melianın vəkili Giorgi Kondaxashvili jurnalistlərə bildirib ki, Nika Melia emosiyalarını gizlədə  bilməyərək belə bir addım atdı.

"O, özündən çıxdı və bu qərarı verdi.”-vəkil bildirib.

mənbə: interpress