"Biz 64 bələdiyyənin hamısında qalib gələcəyik"

Jul 15, 2025 - 12:40
 0  29
"Biz 64 bələdiyyənin hamısında qalib gələcəyik"

"Müxalifət istənilən konfiqurasiyada çox böyük məğlubiyyətə məhkumdur".


Bu sözlərlə İvanişvilinin nümayəndəsi İrakli Kobaxidze, Lelo və Qaxaria Gürcüstan naminə partiyalarının yerli idarəetmə seçkilərində qarşılıqlı əməkdaşlıq memorandumu imzalaması ilə bağlı verilən sualı cavablandırıb.

Kobaxidzenin sözlərinə görə, Gürcü Arzusu partiyası 64 bələdiyyənin hamısında böyük üstünlüklə qalib gələcək.

“İstənilən konfiqurasiyada və istənilən formatda biz 64 bələdiyyənin hamısında həm mer, həm də bələdiyyə məclisi (sakrebulo) seçkilərində böyük üstünlüklə qalib gələcəyik. Bunu bizdə olan sorğular da sübut edir və ümumi mənzərə göstərir ki, cəmiyyətin mövqeyi necədir. Cəmiyyət hər şeyi çox yaxşı görür və qiymətləndirir. Məhz buna görədir ki, radikal müxalifət ölkəmizdə tamamilə diskreditasiya olunub.

Son dörd il ərzində bu şəxslər – radikal müxalifət siyasətçiləri – milli maraqlarımıza zərər vurmaq üçün əllərindən gələni etdilər. Onlar Gürcüstanın Aİ namizəd statusunu almaması, Aİ ilə danışıqların açılmaması üçün çalışırdılar və s. Bu milli əleyhinə və dövlət əleyhinə fəaliyyətlərin siyahısı kifayət qədər uzundur. Belə şəraitdə heç kimə təəccüblü gəlməməlidir ki, müxalifət bir il əvvəl parlament seçkiləri öncəsi dövrdən daha da zəifləmiş vəziyyətdədir. Nəticə olaraq, müxalifət istənilən konfiqurasiyada, təbii ki, çox böyük məğlubiyyətə məhkumdur,” – deyə Kobaxidze bildirib.

2025-ci il yerli özünüidarəetmə seçkiləri ilə bağlı, 14 iyul tarixində Qaxariya – Gürcüstan üçün və Lelo partiyalarının koalisiyası qarşılıqlı əməkdaşlıq memorandumu imzalayıb.

mənbə: marneulifm