Gürcüstanın daha 55 vətəndaşına Latviyaya giriş qadağan edilib

Latviyanın xarici işlər naziri Baiba Braje sosial şəbəkə X-də (keçmiş Twitter) yazıb ki, Gürcüstanın daha 55 vətəndaşının Latviyaya daxil olması qadağan edilib.
“Mən qərar qəbul etdim ki, Gürcüstanın daha 55 vətəndaşı Latviyanın arzuolunmaz şəxslər siyahısına daxil edilsin. Bu qərar immiqrasiya haqqında qanunun 61-ci maddəsinin ikinci hissəsinə əsasən qəbul olunub.
Bu şəxslərin Latviyaya daxil olması müddətsiz olaraq qadağan edildi,” – deyə nazir bildirib.
Xatırladaq ki, bundan əvvəl – 2023-cü il 20 dekabrda – Latviya “Gürcü Arzusu” partiyasının 13 nümayəndəsinə viza məhdudiyyəti tətbiq etmişdi. Daha əvvəldə isə Baltikyanı ölkələr “Gürcü Arzusu”nun nümayəndələrinə birgə sanksiyalar qoymuşdular.
mənbə: marneulifm