Rövşən və Etibar İsgəndərovlar 1 il müddətinə azadlıqdan məhrum edildilər

Seçkilərin saxtalaşdırılmasında ittiham olunan Rövşən və Etibar İsgəndərovlar hər biri 1 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum ediliblər.
Rövşən və Etibar İsgəndərovlar Cinayət Məcəlləsinin 164-cü prima maddəsi ilə ittiham olunurdular.
İsgəndərovlar seçkilərin saxtalaşdırılması ittihamı ilə 2024-cü il oktyabrın 31-də saxlanılıblar. Məhkəmənin qərarına əsasən, onların cəza müddəti saxlanıldıqları gündən hesablanır, bu da o deməkdir ki, İsgəndərovlar 2025-ci il oktyabrın 31-dək həbsdə qalacaqlar.
Rövşən İsgəndərov Marneuli Bələdiyyə Məclisinin sədr müavini vəzifəsində çalışıb. İttiham tərəfinin iddiasına görə, o, Etibar İsgəndərovun köməkliyi ilə 2024-cü il oktyabrın 26-da Sadaxlıda yerləşən 69 saylı seçki məntəqəsində seçkiləri saxtalaşdırmağa cəhd edib.
Oktyabrın 26-da yayılan bir videoda Rövşən İsgəndərovun Etibar İsgəndərovla birlikdə çox sayda səsvermə bülletenini qutuya atdığı görüntülənib.
Hər iki şəxs oktyabrın 31-də saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
İsgəndərovlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin seçki ilə bağlı sənədlərin (seçici siyahıları, protokollar, bülletenlər, qeydiyyat jurnalları və nəzarət vərəqləri) saxtalaşdırılmasını nəzərdə tutan 164-cü maddəsi ilə ittiham irəli sürülüb.
mənbə: marneulifm