Kutaisidə tibb müəssisəsində gərgin anlar: Həkim özünü bıçaqlayıb
Gürcüstanın Kutaisi şəhərində yerləşən "Unikal Med" klinikasında qanlı hadisə baş verib. Klinikada çalışan qadın həkim özünə çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı həkim təcili əməliyyata alınıb, vəziyyəti ağır qiymətləndirilir.
Xeber.ge xəbər verir ki,
Klinikanın tibbi heyətinin bir hissəsi direktoru həkimlərə qarşı sistemli şəkildə psixoloji təzyiq və təqiblərdə ittiham edir. Onların sözlərinə görə, direktorun bu davranışı barədə dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da, heç bir tədbir görülməyib.
Şahidlərin bildirdiyinə görə, həkim direktorun otağından çox gərgin vəziyyətdə çıxıb və əlindəki bıçağı ondan almaq mümkün olmayıb. Həmkarları qeyd edirlər ki, direktor tərəfindən tətbiq edilən təzyiqlər artıq 4 aydır davam edirmiş. Hətta zərərçəkmiş həkimin bir neçə həftə əvvəl klinika təsisçilərinə müraciət edərək "bu adam məni həyatdan bezdirəcək" dediyi iddia olunur.
Hələlik klinika direktoru baş verənlərlə bağlı rəsmi açıqlama verməyib. İstintaqın hansı maddə ilə aparıldığı və direktorun dindirilməyə aparılıb-aparılmadığı barədə məlumatlar dəqiqləşdirilir.