Gürcüstanda 5 milyon avroluq lüks avtomobil qaçaqmalçılığının qarşısı alınıb

Feb 9, 2026 - 12:26
 0  69
Gürcüstanda 5 milyon avroluq lüks avtomobil qaçaqmalçılığının qarşısı alınıb

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Batumi Tərtibat İqtisadi Zonası (Gömrük terminalı) əməkdaşları tərəfindən külli miqdarda dəyəri olan avtomobillərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdləri ifşa edilib.

Xeber.ge xəbər verir ki, gömrük nəzarəti zamanı ümumi dəyəri təxminən 5 milyon avro təşkil edən 59 ədəd lüks avtomobilin sənədlərində saxtakarlıq aşkar olunub.

Gömrük zabitləri tərəfindən məlumatların yoxlanılması nəticəsində müəyyən edilib ki, avtomobillərin istehsalçı tərəfindən verilən identifikasiya kodları (VİN-kod) qanunsuz olaraq dəyişdirilib. Şübhəli məqamlar aşkar edildikdən sonra nəqliyyat vasitələri saxlanılıb.

Faktla bağlı toplanmış materiallar növbəti prosessual tədbirlərin görülməsi üçün Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına təhvil verilib.