Salome Zurabişvili seçki saxtakarlığı ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir

Nov 18, 2024 - 22:16
 0  22
Salome Zurabişvili seçki saxtakarlığı ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir

Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsinə iddia qaldıracağını açıqlayıb.

Dövlət başçısı bununla bağlı mitinqdə məlumat verib.

“Sabah səhər Konstitusiya Məhkəməsində səsvermənin gizliliyi və səsvermənin universallığı ilə bağlı həmin iki konstitusiya prinsipinin pozulması ilə bağlı iddia qaldıracam”, - Zurabişvili qeyd edib.

mənbə: apa