Tbilisidə avtomobil iki piyadanı vurub

Dec 18, 2025 - 12:16
 0  18
Tbilisidə avtomobil iki piyadanı vurub

Tbilisidə, Nutsubidze küçəsində avtomobil piyada olan ana və uşağı vurub. Hadisə nəticəsində 45 yaşadək qadın həyatını itirib.

 Xeber.ge xəbər verir ki, bu barədə məlumatı “Mtavari” yayıb.

Xəsarət alan, 10 yaşadək uşaq klinikaya yerləşdirilib.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi (nəqliyyatın hərəkəti və ya istismarı qaydalarının pozulması) ilə istintaqa başlayıb.