İran "gözəgörünməz" dronunu təqdim edib-Video

Dec 18, 2025 - 10:45
 0  60

İran yeni gizli və "gözəgörünməz" dronunu təqdim edib.

Xeber.ge xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Tehran 350 km mənzilə və 510 km-dən çox sürətə malik, radardan yayına bilən, reaktiv mühərrikli "Hədid 110" dronunu nümayiş etdirib.

Dron uçuş-enmə zolağına ehtiyac duymur, istənilən nöqtədən buraxıla bilir və bir operator tərəfindən idarə olunur.

mənbə: oxu.az