Tbilisidə piyada avtomobilin vurması nəticəsində həyatını itirdi

Dec 11, 2025 - 11:43
Dec 11, 2025 - 11:45
 0  36
Tbilisidə piyada avtomobilin vurması nəticəsində həyatını itirdi

Tbilisidə, Nadzaladəvi rayonunda baş vermiş yol qəzası nəticəsində piyada – 35 yaşınadək qadın həlak olub.

 

Xeber.ge xəbər verir ki, avtomobil həmçinin qadının anasına da çırpılıb. Ana qızına kömək etmək üçün qəzadan sonra yola çıxmışdı. O, xəstəxanaya aparılıb.

 

Daxili İşlər Nazirliyi Tabulaya bildirib ki, hadisə ilə bağlı 1 nəfər saxlanılıb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır ki, bu da nəqliyyatın hərəkəti və istismarı qaydalarının pozulmasını nəzərdə tutur.