Facebook hesablarını oğurlayaraq vətəndaşları aldadan şəxs saxlanılıb

Mar 20, 2025 - 12:28
 0  35
Facebook hesablarını oğurlayaraq vətəndaşları aldadan şəxs saxlanılıb

Şida Kartli Polis Departamentinin əməkdaşları həyata keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində maddi qazanc əldə etmək məqsədilə kompüter sisteminə müdaxilə və icazəsiz daxilolma faktları ilə bağlı 2002-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş İ.O.-nu saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatına görə, cinayət 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

“İstintaq müəyyən edib ki, saxlanılan şəxs fırıldaqçılıq yolu ilə maddi qazanc əldə etmək məqsədilə “Facebook” sosial şəbəkəsində müxtəlif vətəndaşların şəxsi hesablarını ələ keçirib. Daha sonra isə həmin şəxslərin adından digər insanlarla əlaqə yaradaraq pul borc istəyib.

İ.O. bu sxemlə bir neçə vətəndaşı aldadaraq onların pullarını mənimsəyib. Hazırda aparılan istintaq tədbirləri çərçivəsində 25 zərərçəkmiş şəxs müəyyən edilib.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 286-cı prima və 284-cü maddələrinə əsasən davam etdirilir.

mənbə: interpress