Sameqrelo-Svaneti bölgəsində külli miqdarda narkotik maddə saxlayan şəxs saxlanıldı

Sameqrelo - Zemo Svaneti Polis Departamentinin detektiv və istintaq bölmələrinin əməkdaşları böyük miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi və saxlanması ittihamı ilə 1986-cı il təvəllüdlü B.C.-ni saxlayıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi məlumata əsasən, sözügedən cinayət 20 ilədək və ya ömürlük həbs cəzası ilə nəticələnə bilər.
“Hüquq-mühafizə orqanları saxlanılan şəxsin üzərində, yaşadığı evdə və avtomobilində axtarış aparıblar. Nəticədə 35 bağlamaya qablaşdırılmış böyük miqdarda “metadon” adlı narkotik vasitə aşkarlanıb.
Bundan əlavə, istintaq tədbirləri zamanı polis tərəfindən pul vəsaiti, yapışqan lentlər və elektron tərəzilər maddi sübut kimi müsadirə edilib.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin “a” bəndinə əsasən aparılır.
mənbə: interpress