"Suroqasiya yolu ilə uşaq sahibi olmaq istəyən ailəni aldadaraq böyük məbləğdə pul mənimsədi"

Apr 4, 2025 - 16:14
Apr 4, 2025 - 16:19
 0  127
"Suroqasiya yolu ilə uşaq sahibi olmaq istəyən ailəni aldadaraq böyük məbləğdə pul mənimsədi"
Suroqasiya yolu ilə uşaq sahibi olmaq istəyən ailəni aldadaraq böyük məbləğdə pul mənimsədi.mp3
00:00 00:00
playing

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisidə, Didube-Çuğureti Baş İdarəsinin İstintaq Şöbəsinin əməkdaşları böyük məbləğdə dələduzluq faktına görə 1991-ci il təvəllüdlü A.K.-nı saxlayıblar.

"İş üzrə aparılan genişmiqyaslı istintaq hərəkətləri nəticəsində müəyyən olunub ki, zərərçəkmiş ailə sürogasiya yolu ilə övlad sahibi olmaq istəyib və bu məqsədlə tanışları olan A.K.-yə müraciət ediblər.

Razılaşmadan müəyyən müddət sonra, A.K. onların etibarından istifadə edib, guya iki suroqat ana tapdığını bildirib, daha sonra isə onların qız övladlarının doğulduğunu, lakin səhiyyə problemləri yaşadıqlarını deyərək, guya müalicə məqsədilə ailədən böyük məbləğdə pul alıb.

Zərərin ümumi məbləği 310 min lari və 15 min ABŞ dolları təşkil edir.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində A.K. saxlanılıb", – deyə DİN-in açıqlamasında bildirilir.

DİN-in məlumatına əsasən, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi üzrə aparılır.

Cinayətə görə 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

mənbə: marneulifm