Qulinin "müavini" olan azərbaycanlı avtoritet həbs olundu

Kriminal avtoritet Sərxan Əsədov Rusiyanın Sankt-Peterburq şəhərində yenidən saxlanılıb.
Xeber.ge xəbər verir ki,
O, qanuni oğru Lotu Qulinin Sankt-Peterburq üzrə “müavini” kimi tanınır. Sərxan Əsədov Apraksin Dvor tacirlərindən əsas “xərac” yığan olmaq istəyib. Lakin polis onun iddialı planlarına müdaxilə edib. O, həbs olunaraq, ölkədən qovulub.
2016-cı ildə Əsədov silah saxlamağa görə bir il həbsdə olub. Azad edildikdən sonra Ədliyyə Nazirliyi cinayətkarı geri qayıtmaq hüququ olmadan deportasiya edib. Amma bir ildən sonra yenidən silahla Sankt-Peterburq küçələrində görünüb. Sərxan Əsədov Azərbaycana deportasiya olunsa da, 2023-cü ilin sonunda yenidən Rusiyaya qanunsuz daxil olub.
İndi o, yenidən cinayət işi ilə üzləşib və aprelin 21-dək həbsdə saxlanılacaq.
mənbə: axar.az