Batumidə qanlı qarşıdurma – 2 nəfər yaralanıb

Dec 11, 2025 - 11:32
 0  27
Batumidə qanlı qarşıdurma – 2 nəfər yaralanıb

Polis Acarada 2 nəfərin bıçaqlanması faktı üzrə, qəsdən adam öldürməyə cəhd ittihamı ilə Türkiyə vətəndaşını saxlayıb.

 

Xeber.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Batumidə mübahisə zamanı tanışlarına soyuq silahdan istifadə edərək bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

 

Yaralı şəxslər xəstəxanaya yerləşdirilib.

 

Cinayət əməlinə görə 15 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.