Tbilisidə qrup halında bıçaqlanma

May 24, 2026 - 14:42
 0  39
Tbilisidə qrup halında bıçaqlanma

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Dzveli Tbilisi Baş İdarəsinin əməkdaşları paytaxtda törədilmiş qrup halında zorakılıq hadisəsinin üstünü açıblar.

Xeber.ge xeber  verir ki, əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 3 nəfər saxlanılıb.

İstintaq materialları ilə müəyyən edilib ki, Tbilisidə tərəflər arasında yaranmış qəfil mübahisə zəminində 3 təqsirləndirilən şəxs bir vətəndaşa qarşı fiziki güc tətbiq ediblər. Onlar qrup halında hücum etdikləri şəxsə soyuq silahla xəsarətlər yetiriblər.

Yaralanan şəxs hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən müvafiq müalicə alması üçün dərhal klinikaya çatdırılıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törədən hər üç keçmiş məhkum şübhəli şəxs qismində həbs olunub. İntisident zamanı cinayət aləti kimi istifadə olunan bıçaq polislər tərəfindən maddi sübut olaraq rəsman müsadirə edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsi (qrup halında sağlamlığa qəsdən yüngül zərər vurma) ilə cinayət işi davam etdirilir. Qanunvericiliyin bu bəndinə əsasən, təqsirləndirilən şəxsləri 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.