Yunanıstanda Gürcüstan vətəndaşı maşına mindiyi qadını öldürüb qarət etdi

May 24, 2026 - 14:58
 0  43
Yunanıstanda  Gürcüstan vətəndaşı maşına mindiyi qadını öldürüb qarət etdi

Yunanıstanda yerli sakinlər arasında böyük rezonans və vahimə doğuran qətlin üstü açılıb.

Xeber.ge yunan mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları yunan qadını amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən Gürcüstan vətəndaşını saxlayıb.

Məlumata görə, həbs olunan 40 yaşlı gürcüstanlı kişiyə qarşı rəsmi olaraq dörd ağır maddə -qəsdən adam öldürmə, quldurluq qanunsuz silah gəzdirmə və özgənin əmlakını mənimsəmə ittihamları irəli sürülüb.

 Yunanıstan polisinin apardığı ilkin istintaq fərziyyəsinə görə, qanlı insident hərəkətdə olan avtomobilin içində qeydə alınıb.

Gürcüstan vətəndaşı yolda avtostopla yunan qadının idarə etdiyi nəqliyyat vasitəsini dayandırıb. Sürücü qadın xeyirxahlıq nümayiş etdirərək heç bir şeydən xəbərsiz halda yad adamı maşına mindirib.

Lakin yol boyu sərnişin qəfildən qadına hücum edib və üzərində gəzdirdiyi bıçaqla ona çoxsaylı ölümcül zərbələr vurub.

Qadın aldığı ağır yaralardan elə sükan arxasındaca keçinib.

Yerli polisin çevikliyi sayəsində cinayətkar hadisədən cəmi bir neçə saat sonra keçirilən təxirəsalınmaz əməliyyatla qandallanıb.

Müttəhimin üzərində axtarış aparılarkən qətlə yetirdiyi qadından qarət etdiyi təxminən 1 500 avro nağd pul vəsaiti aşkar edilərək maddi sübut kimi müsadirə olunub.

Mənbələrin verdiyi son məlumata görə, saxlanılan şəxs törətdiyi vəhşi əməli artıq rəsmən etiraf edib.

Hazırda hadisənin digər qaranlıq məqamlarını və motivini tam dəqiqləşdirmək üçün Yunanıstan prokurorluğu tərəfindən genişmiqyaslı istintaq hərəkətləri davam etdirilir.