Gürcüstanda yaxın günlərdə yağış və temperaturun enməsi gözlənilir
Sinoptik proqnoza görə, yaxın günlərdə Gürcüstanda hava dəyişkən olacaq, sentyabrın 24-25-də yağış və şimşək çaxması ehtimalı qalacaq.
XEBER.GE xeber verir ki, sentyabrın 24-də səhər saatlarında ayrı-ayrı yerlərdə şimşək çaxacağı gözlənilir, günün ikinci yarısından etibarən isə havanın yaxşılaşacağı və uzunmüddətli günəşli dövrlərin olacağı ehtimal edilir. Tbilisidə havanın temperaturu təqribən +28-29 dərəcəyə qədər qızacaq.
Sentyabrın 25-dən etibarən temperaturun enməsi gözlənilir və hava yenidən daha qeyri-sabit olacaq.
Tbilisidə proqnoz təqribən +25 dərəcə göstərir, sentyabrın 26-da isə temperatur bir neçə dərəcə də aşağı enəcək.