Tramp Kobaxidzeyə məktub göndərdi

Jul 17, 2026 - 23:07
 0  12
Tramp Kobaxidzeyə məktub göndərdi

Suverenliyi, təhlükəsizliyi və davamlı rifahı dəstəkləmək üçün birlikdə çalışaraq əhəmiyyətli irəliləyişlər əldə edə bilərik. Daha təhlükəsiz, çiçəklənən və dinc gələcəyə doğru birlikdə irəlilədikcə əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirəm.

Bu fikirlər ABŞ Prezidenti Donald Trampın Gürcüstan Baş naziri İrakli Kobaxidzeyə ünvanladığı məktubda əksini tapıb.

"Amerikanın müstəqilliyinin 250 illiyi münasibətilə təbriklərinizə görə çox sağ olun. Müstəqillik Günü millətimizin təməlinin qoyulmasının və Amerika xalqına xas olan sarsılmaz azadlıq, güc və əzmkarlıq ruhunun qeyd olunmasıdır", - deyə məktubda bildirilir.

mənbə: axar