Marneulidə atasını balta ilə doğrayan gənc axtarılır

Jul 17, 2026 - 18:53
 0  15
Marneulidə atasını balta ilə doğrayan gənc axtarılır
: :
playing

Marneuli şəhərində baş vermiş və cəmiyyətdə böyük rezonans doğuran ata qətlinin qorxulu təfərrüatları məlum olub. Öz doğma atasını amansızlıqla qətlə yetirməkdə ittiham olunan Tvan Mamedov adlı gənc hadisə yerindən qaçıb və hazırda hüquq-mühafizə orqanları tərəfindən intensiv şəkildə axtarılır.

XEBER.GE xəbər verir ki, qanlı cinayətin baş verdiyi ünvanda artıq bir neçə saatdır ekspert-kriminalistlər işləyir və maddi sübutları toplayırlar.

Əldə edilən məlumatlara görə, 20 yaşlı Tvan Mamedov aralarında yaranan mübahisə zamanı 50 yaşlı atası Avtandil Mamedova hücum edib.

Gənc oğlan atasını balta ilə vuraraq ağır xəsarətlər yetirib və həyatına son qoyub. Bu qanlı hesablaşmadan dərhal əvvəl tərəflər arasında kəskin sözlü mübahisə və qarşıdurma yaşanıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi qaçan şübhəli şəxsin yerinin müəyyən edilərək saxlanılması üçün genişmiqyaslı əməliyyat start götürüb.

Xatırladaq ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb. Hadisəni törədib qaçan Tvan Mamedovun yaxalanması an məsələsidir.