Şəxsi həyatın toxunulmazlığını pozan şəxs saxlanıldı

Jul 17, 2026 - 17:12
 0  6
Şəxsi həyatın toxunulmazlığını pozan şəxs saxlanıldı
: :
playing

Gürcüstan Baş Prokurorluğunun yaydığı rəsmi məlumata görə, Kvemo Kartli Regional Prokurorluğunun İstintaq İdarəsinin əməkdaşları tərəfindən şəxsi həyatın sirrini qanunsuz olaraq əldə etmə, saxlama və şantaj məqsədilə istifadə etməkdə şübhəli bilinən bir şəxs saxlanılıb.

XEBER.GE xəbər verir ki, hüquq-mühafizə orqanları cinayətin üstünü operativ şəkildə açıb:

"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkmişlə videozəng vasitəsilə danışarkən, onun şəxsi həyatının gizliliyini əks etdirən fotoşəkli qanunsuz yolla əldə edib. Həmin fotonu öz mobil telefonunda gizli şəkildə saxlayan şəxs, sonradan zərərçəkmişə qarşı psixoloji təzyiq göstərmək və onu şantaj etmək məqsədilə istifadə edib", — deyə prokurorluğun bəyanatında bildirilir.

Şübhəli şəxs hüquq-mühafizə orqanları tərəfindən 16 iyul 2026-cı il tarixində saxlanılıb.

Ona Gürcüstan Cinayət Məcəlləsinin 157-ci prima maddəsinin 1-ci hissəsi (Şəxsi həyatın sirrini qanunsuz olaraq saxlama və yayma) ilə rəsmi ittiham irəli sürüləcək.

Bu maddə qanunvericilikdə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edərək saxlanılan şəxs barəsində qətimkan tədbiri olaraq həbs qərarının seçilməsini tələb edəcək.