Batumidə körpəsini öldürən xadiməyə 4 il həbs cəzası kəsildi

Aug 6, 2026 - 14:16
 0  5
Batumidə körpəsini öldürən xadiməyə 4 il həbs cəzası kəsildi

Prokurorluğun məlumatına görə, Batumi Şəhər Məhkəməsi təqdim olunmuş sübutları tamamilə nəzərə alaraq, ananın yenidoğulmuş körpəni qəsdən öldürməsi faktı üzrə təqsirləndirilən şəxsi günahkar bilib.

XEBER.GE xəbər verir ki, Məhkəmə prosesində araşdırılan sübutlarla müəyyən edilib ki, fevralın 22-də Batumi klinikalarından birinin tualetində həmin klinikanın xadiməsi dünyaya uşaq gətirib, bundan sonra yenidoğulmuşu öldürmək niyyəti ilə onun bədəninin müxtəlif nahiyələrinə həyat üçün təhlükəli xəsarətlər yetirib və tibbi tullantılar üçün nəzərdə tutulmuş polietilen torbaya yerləşdirib.

Həyatı təhlükədə olan yenidoğulmuş körpəyə klinikanın tibbi heyəti tərəfindən təcili və kompleks tibbi yardım göstərilib, lakin aldığı xəsarətlərin ağırlığı səbəbindən o, martın 27-də klinikanın reanimasiya şöbəsində vəfat edib.

Batumi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi Gürcüstan Cinayət Məcəlləsinin 112-ci maddəsi (ananın doğumdan dərhal sonra yenidoğulmuşu qəsdən öldürməsi) ilə təqdim olunmuş ittiham üzrə günahkar bilib və cəza olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib," — bəyanatda bildirilir.