SEMEK elektrik enerjisi tarifinin artırılmasını təxirə salıb

Dec 29, 2025 - 13:02
 0  33
SEMEK elektrik enerjisi tarifinin artırılmasını təxirə salıb

SEMEK elektrik enerjisi tariflərinin artırılmasını üç ay müddətinə təxirə salıb — yanvarın 1-dən 3 aylıq müvəqqəti tarif müəyyən edilir.

Xeber.ge xəbər verir ki, SEMEK istehlak olunan elektrik enerjisi məsələsinə aprel ayında yenidən qayıdacaq. Energetika və Su Təchizatı üzrə Tənzimləyici Komissiyanın sədri Davit Narmaniyanın jurnalistlərə verdiyi məlumata görə, prosesin 3 ay müddətinə təxirə salınmasını elektrik enerjisi paylayıcı şirkətlər xahiş ediblər.