Bu gündən idxal olunan siqaretin qiyməti artır
2026-cı il yanvarın 1-dən idxal olunan siqaretlərin aksizi artırılır ki, bu da onların qiymətinə təsir edəcək.
Yeni ildən idxal olunan, tütün tərkibli 20 ədədlik siqaretin aksiz qiyməti 1,9 laridən 2,75 lariyə (85 tetri) yüksəlir.
Tütün və ya bərpa olunmuş tütün ehtiva edən idxal məhsullarının aksizi 1,85 laridən 2,7 lariyə (85 tetri) artırılır.
Eyni qanunla, gürcü xammalı ilə istehsal olunan siqaretlər üçün aksiz ayrıca müəyyən edilir. Əvvəl aksiz qiyməti 1,9 lari idisə, indi 1,3 lariyə endirilib.
Bu, siqaretin qiymətini ucuzlaşdıracaqmı, hələ məlum deyil.