İşdən evə qayıdan kişi 9 yaşlı övladını ölü, həyat yoldaşını isə huşsuz vəziyyətdə tapdı

Jun 5, 2025 - 12:51
 0  51
İşdən evə qayıdan kişi 9 yaşlı övladını ölü, həyat yoldaşını isə huşsuz vəziyyətdə tapdı
: :
playing

Gürcüstanın Xaşuri şəhərində faciəvi hadisə baş verib.

İşdən evə qayıdan kişi 9 yaşlı övladını ölü, həyat yoldaşını isə huşsuz vəziyyətdə tapıb.

Belə ki, qadın huşsuz vəziyyətdə xəstəxanaya aparılıb və hazırda həkim nəzarətindədir.

Ailə yaxınlarının bildirdiyinə görə, ana və uşaqda zorakılıq izləri müşahidə olunmayıb.

Hadisənin səbəbi ilə bağlı rəsmi məlumat verilməsə də, ilkin ehtimallardan biri zəhərlənmədir. Qonşuların sözlərinə görə, hadisə yerinə qaz təchizatı üzrə müvafiq qurumun əməkdaşları baxış keçiriblər və nə qaz, nə də karbon monoksid sızması qeydə alınmayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə maddəsi (116-cı maddə) ilə istintaqa başlayıb.

mənbə: interpress