Xüsusilə böyük miqdarda "kokain" və "marixuana" ələ keçirilib – DİN Batumidə 1 nəfəri saxlayıb

Jun 5, 2025 - 13:29
Jun 5, 2025 - 13:34
 0  19
Xüsusilə böyük miqdarda "kokain" və "marixuana" ələ keçirilib – DİN Batumidə 1 nəfəri saxlayıb
: :
playing

Daxili İşlər Nazirliyinin məlumatına görə, Acarada Türkiyə Respublikası vətəndaşı, 1991-ci il təvəllüdlü S.B. narkotik cinayətləri ilə bağlı ittiham olunaraq saxlanılıb.


Ona xüsusilə böyük miqdarda narkotik vasitə "kokain", həmçinin narkotik vasitə "marixuananı" qanunsuz əldə etmək və saxlamaq ittihamı irəli sürülüb.

Cinayətlər 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.

"Hüquq-mühafizə orqanları Batumidə təqsirləndirilən şəxsin müvəqqəti yaşayış yerinə baxış zamanı, xüsusilə böyük miqdarda narkotik vasitə "kokain", eləcə də qurudulmuş "marixuana" maddi sübut kimi götürülüb", – deyə rəsmi açıqlamada bildirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi və 273¹-ci (priması) maddəsi üzrə aparılır.

mənbə: marneulifm