Tbilisidə məktəblilər arasında dava-VİDEO
Tbilisidə orta məktəblərdən birinin yaxınlığında yeniyetmələr arasında fiziki qarşıdurma baş verib. Hadisə nəticəsində bir nəfər azyaşlı xəsarət alıb.
Xeber.ge xeber verir ki,
Şahidlərin bildirdiyinə görə, 14 yaşı tamam olmamış yeniyetmə anası ilə birlikdə gedərkən bir qrup məktəbli ona yaxınlaşaraq kənara çəkilməsini tələb edib.
Bundan dərhal sonra tərəflər arasında fiziki qarşıdurma yaranıb.
175 nömrəli tam orta məktəbin direktoru hadisə ilə bağlı açıqlama verərək bildirib ki, dava məktəb binasından kənarda baş versə də, təhsil müəssisəsi və mandaturlar (məktəb polisi) məsələyə dərhal müdaxilə ediblər.
"Dava məktəbdən kənarda olub, lakin biz dərhal müvafiq qurumları məlumatlandırdıq. Konfliktin məktəbdə başlamadığı bildirilir.
Hazırda həm polis, həm də mandatur xidməti məsələni araşdırır.
Yaralı şagirdin vəziyyəti ilə maraqlanmışıq, hadisə anında tibbi yardıma aparılıb", – deyə direktor qeyd edib.
Döyülən yeniyetmənin anası sosial şəbəkə vasitəsilə məlumat yayaraq övladının səhhətinin hazırda stabil olduğunu bildirib.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (Zorakılıq) maddəsi ilə istintaq başladıldığını elan edib.
Hazırda hadisənin iştirakçıları müəyyənləşdirilir.