İtaliyada gürcü mənzil oğruları yaxalanıb
İtaliyanın Martina-Franka şəhərində keçirilən xüsusi polis əməliyyatı nəticəsində oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
Saxlanılan dörd nəfərdən ikisinin Gürcüstan vətəndaşı olduğu bildirilir.
Xeber.ge xeber verir ki,
Çantalara baxış zamanı müxtəlif mənzillərdən oğurlandığı müəyyən edilən qiymətli əşyalar aşkar olunub:
· Çox sayda qənimət sayılan əşyalar;
· Xüsusi dəyərə malik antikvar nümunələri.
Gürcüstan vətəndaşları və dəstənin digər iki üzvünə qarşı İtaliya qanunvericiliyinə uyğun olaraq cinayət işi açılıb.
Onlar mütəşəkkil qrup halında mənzillərdən qanunsuz yolla mülkiyyəti mənimsəməkdə ittiham olunurlar.
Hazırda saxlanılan şəxslərin digər bənzər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.