Qorida kənd sakini həmyerlisini bıçaqlayıb

Feb 15, 2026 - 13:00
 0  5
Qorida kənd sakini həmyerlisini bıçaqlayıb

Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sağlamlığa qəsdən ağır zərər vurma ittihamı ilə 1989-cü il təvəllüdlü T.İ. saxlanılıb.

Xeber.ge xeber  verir ki, hadisə Qori bələdiyyəsinin Plavismani kəndində baş verib. Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1984-cü il təvəllüdlü A.Q.-yə soyuq silahla qarın nahiyəsindən ağır xəsarət yetirib və hadisə yerindən qaçıb.

Yaralı şəxs dərhal klinikaya yerləşdirilib və ona təcili cərrahi əməliyyat olunub. Hazırda ona lazımi tibbi yardımın göstərilməsi davam etdirilir.

Polis əməkdaşlarının "isti izlərlə" keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində T.İ. qısa müddətdə müəyyən edilərək şübhəli şəxs qismində yaxalanıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin birinci hissəsi (sağlamlığa qəsdən ağır zərər vurma) ilə istintaq aparılır. Bu maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.