Daxili işlər nazirinin müavini İoseb Çelidze vəzifəsindən istefa verib

“Gürcü Arzu”nun Daxili İşlər Naziri Qela Qeladzenin müavini İoseb Çelidze istefa verib. Məlumatı “Publika”ya Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
Nazirlik indiki mərhələdə Çelidzenin istefaya getməsinə nəyin səbəb olduğunu və onun yerinə kimin təyin olunacağını açıqlamır.
İoseb Çelidze bu vəzifəni 10 sentyabr 2019-cu ildən icra edir.
Qeyd edək ki, “Gürcü Arzusu”nun yeni Daxili İşlər Naziri
Qela Qeladze vəzifəyə 2025-ci il mayın 28-də təyin olunub. O, bu postda 2019-cu ildən nazir olan Vaxtanq Qomelaurini əvəzləyib.
mənbə: marneulifm