Hakimiyyətə kimləri gətirmək istəyirlər?

Jun 2, 2025 - 20:47
 0  79
Hakimiyyətə kimləri gətirmək istəyirlər?

Avropadan gələn bürokratlar Gürcüstanın indiki hakimiyyətini bəyənmirlər. Onlar onu müxalifət timsalında öz agentləri ilə əvəz etmək istəyirlər.

Bunu hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

"Son illərdə bir neçə dəfə dövlət çevrilişinə və hakimiyyətin devrilməsinə cəhdlər olub. Bütün bunlar xaricdən maliyyələşib. Onların Gürcüstanda hakimiyyəti dəyişmək istəyən öz himayədarları var, çünki ölkədə xalqın maraqlarını qoruyan vətənpərvər hökumət var və bu, onların xoşuna gəlmir", - deyə Kaladze bildirib.

Siyasətçi mayın 31-də Gürcüstanda qüvvəyə minmiş "xarici agentlər haqqında" qanunla bağlı avropalı bürokratların mənfi şərhlərinə də cavab verib: “Onlar bizim şəffaflıq haqqında qanunumuzun pis olduğunu və demokratiyaya zidd olduğunu deyirlər, eyni zamanda Brüsseldə özləri də analoji qanun layihəsini qəbul etmək istədiklərini müzakirə edirlər”, - mer əlavə edib.

Qeyd edək ki, xarici agentlərin qeydiyyatı haqqında qanun şənbə günü qüvvəyə minib. Gürcüstan parlamenti aprelin 1-də qanunu üçüncü və yekun oxunuşda qəbul edib.

mənbə: publika