2019-cu ildə baş vermiş qəsdən adamöldürmə cəhdinə görə axtarışda olan şəxs tutuldu

Mərkəzi Kriminal Polis Departamentinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin əməkdaşları həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində 2021-ci ildən axtarışda olan, əvvəllər məhkum olunmuş, 1992-ci il təvəllüdlü D.M.-i saxlayıblar.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
Nazirliyin bildirdiyinə görə, hadisə 2019-cu ildə baş verib.
Məlumata əsasən, 2019-cu il aprelin 26-da Tbilisidə D.M. 1993-cü il təvəllüdlü M.T.-yə bıçaqla sinə nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib.
Apellyasiya Məhkəməsinin qərarı ilə D.M.-ə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Saxlanılan şəxs artıq penitensiar müəssisəyə köçürülüb.
mənbə: interpress