Tbilisidə ucaldılacaq "Trump Tower"in görüntüləri yayılıb

May 7, 2026 - 16:04
 0  10
Tbilisidə ucaldılacaq "Trump Tower"in görüntüləri yayılıb

ABŞ-ın nüfuzlu "Newsweek" nəşri Tbilisidə inşası planlaşdırılan "Trump Tower" göydələninin render görüntülərini (layihə vizualını) dərc edib.

 Xeber.ge xəbər verir ki, bu möhtəşəm bina paytaxtın genişmiqyaslı "Tbilisi Downtown" layihəsinin əsas tərkib hissəsi olacaq.

"Trump Tower" da daxil olmaqla, "Tbilisi Downtown" layihəsinin ümumi dəyəri təxminən 2 milyard dollar qiymətləndirilir.

70 mərtəbəli binanın hündürlüyü 259 metr olacaq ki, bu da onu Tbilisinin və Gürcüstanın ən hündür tikilisi edəcək.

Render görüntülərində binanın zirvəsində nəhəng hərflərlə "Trump" yazıldığı əks olunub.

Nəşr qeyd edir ki, bu layihə "The Trump Organization"ın qlobal genişlənmə strategiyasının ən son əlavələrindən biridir.

 Çoxfunksiyalı göydələn həm biznes mərkəzlərini, həm də lüks yaşayış sahələrini özündə birləşdirəcək.

Xatırladaq ki, "Trump Tower" layihəsi Gürcüstanın paytaxtında inşaat və turizm sektoruna yeni nəfəs gətirəcək ən böyük investisiya layihələrindən biri hesab olunur.