Tbilisidə metronun hərəkəti dayanıb: Sərnişin relslərin üzərinə düşüb
Tbilisi metrosunun Saburtalo xəttində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hadisəyə səbəb sərnişinin relslərin üzərinə düşməsi olub.
Xeber.ge "PrimeTime" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə "300 Araqveli" stansiyasında qeydə alınıb.
İnsidentlə əlaqədar Saburtalo xətti boyunca qatarların hərəkəti tamamilə dayandırılıb.
Relslərin üzərinə düşən sərnişinin səhhəti və xəsarətlərinin dərəcəsi barədə hələlik rəsmi məlumat verilmir.
Hadisə yerinə xüsusi xidmət orqanları və təcili tibbi yardım briqadası cəlb olunub.
Tbilisi Nəqliyyat Şirkəti və hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır. Metronun fəaliyyətinin nə vaxt bərpa olunacağı barədə əlavə məlumat veriləcək.