Gürcüstanda ilin ilk rübündə 7 mindən çox sürücülük vəsiqəsi verilib
2026-cı ilin birinci rübü ərzində Gürcüstanda sürücülük vəsiqələrinin verilməsi ilə bağlı rəsmi statistika açıqlanıb.
Hesabat dövründə ümumilikdə 7 383 şəxs sürücülük hüququ əldə edib.
Xeber.ge xəbər verir ki,
Ən çox sürücülük vəsiqəsi 17 yaşlı şəxslərə verilib – cəmi 276 nəfər.
Sürücülük hüququ qazanan ən gənc şəxs moped idarə etmək icazəsi alan 16 yaşlı yeniyetmə, ən yaşlı şəxs isə 73 yaşlı vətəndaş olub.
Sürücülük vəsiqəsi alanlar yalnız Gürcüstan vətəndaşları ilə məhdudlaşmayıb. Siyahıda bir çox xarici ölkələrin, o cümlədən Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Belarus, Pakistan, Qazaxıstan, Banqladeş, İordaniya, Hindistan, Livan, Tunis, Böyük Britaniya, Kanada, Misir, Almaniya, İran və Türkmənistan vətəndaşları da yer alıb.
Məlumatda qeyd olunur ki, xarici vətəndaşların siyahısında Azərbaycan və Türkiyə vətəndaşları xüsusi fəallığı ilə seçilirlər.