Hava limanında əməliyyat: Sərnişinin çantasından 420 narkotik həb çıxdı

Jan 8, 2026 - 11:06
 0  29
Hava limanında əməliyyat: Sərnişinin çantasından 420 narkotik həb çıxdı

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kutaisi Beynəlxalq Hava Limanında təqsirləndirilən şəxsin əl yükünü yoxlayarkən, 420 ədəd narkotik həbi maddi sübut kimi götürüblər.

Xeber.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.

Qurumun məlumatına görə, narkotik vasitələrin qanunsuz satınalınması, saxlanılması və Gürcüstana gətirilməsi ittihamı ilə 1964-cü il təvəllüdlü N.D. saxlanılıb.

İstintaq Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır.

Bu maddələr 9 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.