Hamilə həyat yoldaşını döyən kişi saxlanılıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları, hamilə olduğu öncədən məlum olan qadına qarşı ailədaxili zorakılıq törətdiyinə görə axtarışda olan - 2001-ci il təvəllüdlü, keçmişdə müxtəlif cinayətlərə görə məhkum olunmuş R.M.-ni Marneulidə saxlayıblar.
Xeber.ge xəbər verir ki,
Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, məhkum 2025-ci il dekabrın 6-da hamilə həyat yoldaşına fiziki zorakılıq tətbiq edib və hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları məhkumu hakimin qərarı əsasında Marneulidə yaxalayıblar.
R.M. hazırda penitensiar müəssisəyə yerləşdirilib.