Tbilisi-Senaki-Leselidze magistralında yol qəzası baş verib
Tbilisi-Senaki-Leselidze avtomobil magistralının Ruisi-Gori hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Əraziyə Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi, Xüsusi Tapşırıqlar Departamentinin Şida Kartli bölməsi və təcili tibbi yardım briqadası cəlb olunub.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 2-ci bəndi ilə aparılır. Bu maddə nəqliyyatın hərəkət və ya istismar qaydalarının pozulmasını nəzərdə tutur.
mənbə: Interpress