Potidə mənzil oğurluğu: Əvvəllər məhkum olunmuş şəxslər saxlanılıb
Gürcüstanın Poti şəhərində qrup halında törədilmiş mənzil oğurluğunun üstü açılıb. Daxili İşlər
Xeber.ge xəbər verir ki,
DİN-in yaydığı məlumata əsasən, əməliyyat zamanı aşağıdakı şəxslər yaxalanıb:
· 1998-ci il təvəllüdlü G.N.;
· Əvvəllər məhkum olunmuş 2002-ci il təvəllüdlü C.Ç.;
· Əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan 2002-ci il təvəllüdlü N.M.
İstintaqla müəyyən edilib ki, həmin şəxslər Poti şəhərində yerləşən yaşayış mənzillərindən birinə daxil olaraq oradan müxtəlif növ məişət texnikası və dəyərli əşyalar oğurlayıblar. Cinayəti törətdikdən sonra hadisə yerindən qaçan şəxslərin şəxsiyyəti polisin keçirdiyi çevik əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib.
Polis əməkdaşları tərəfindən oğurlanmış əşyaların bir hissəsi maddi sübut kimi götürülüb və sahiblərinə qaytarılacaq.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin (Oğurluq) müvafiq hissələri ilə cinayət işi başlanılıb. İttiham olunan şəxsləri bu maddə üzrə 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.