Qardabanidə toy məclisində başlayan qanlı hesablaşmanın təfərrüatları
Qisas almaq məqsədilə 50 yaşlı kişini həmkəndliləri əvvəlcə avtomobillə vurub, sonra isə üstündən keçərək qaçıblar. Dəhşətli hadisə Qardabanidə, Qaratəklə kəndində baş verib. Fail Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, onun oğlu da hazırda ölüm-dirim savaşı verir. Atadan sonra həmkəndliləri avtomobillə 22 yaşlı gəncin də üstündən keçiblər.
Xeber.ge xeber verir ki,
Yerli sakinlərin dediyinə görə, münaqişə daha sonra Fail Əliyevin evinin qarşısında davam edib. Məlum olur ki, Aydın Məmmədov oğulları və bir nəfər yoldaşı ilə birlikdə Əliyevin evinə hücum edib. Hücum edənləri dəf etmək məqsədilə Əliyevin oğlu hər üç həmkəndlisini bıçaqla yaralayıb, Məmmədovlar isə ata və oğuldan qisası onları avtomobillə vurmaqla alıblar.
Qardabanidəki qanlı hesablaşma nəticəsində 4 yaralı və 1 ölü var. Fail Əliyev bu gün dəfn edilib. Oğlunun vəziyyəti isə kritikdir.
Daha iki nəfər həkim nəzarəti altındadır, onların döş qəfəsi nahiyəsində bıçaq yaraları var. Daxili İşlər Nazirliyinin əməkdaşları qanlı qarşıdurmada iştirak ittihamı ilə qandal vurmaq üçün hazırda Rustavi klinikasında 3 nəfərin sağalmasını gözləyirlər.