Saxta Avropa sənədləri hazırlayıb satan cinayətkar qrup ifşa olundu

Jul 15, 2026 - 20:09
 0  21
Saxta Avropa sənədləri hazırlayıb satan cinayətkar qrup ifşa olundu
: :
playing

Gürcüstan Prokurorluğu qanunsuz gəlirin leqallaşdırılması faktları üzrə 9 şəxsə qarşı cinayət təqibi başlayıb, onlardan birini saxlayıb, bir şəxsə isə qiyabi ittiham irəli sürülərək axtarış elan edilib.

XEBER.GE xeber  verir ki, idarənin məlumatına görə, Qərbi Gürcüstan Rayon Prokurorluğunun İstintaq İdarəsi tərəfindən aparılmış istintaq nəticəsində müəyyən edilib ki, cinayətkar qrupun üzvləri 2021-2024-cü illər ərzində müxtəlif Avropa ölkələrinin saxta yaşayış icazəsi, şəxsiyyət vəsiqəsi, qeydiyyat və sürücülük vəsiqələrinin hazırlanması və satışı ilə məşğul olublar.

İş materiallarına görə, onlar xüsusi proqram və çap cihazlarından istifadə edərək saxta sənədlər hazırlayıb, müəyyən ödəniş müqabilində sifarişçilərə göndəriblər.

Prokurorluqda bildiriblər ki, cinayətkar qrup müxtəlif növlü saxta sənədlər hazırlayıb və satıb, cinayət fəaliyyəti nəticəsində əldə olunan qanunsuz gəlir isə onların bank hesablarında toplanıb.

Qanunsuz əldə edilmiş əmlakın qanuni görünüş vermək və mənşəyini gizlətmək məqsədilə təqsirləndirilənlər qanunsuz gəlir şəklində alınan pulları süni şəkildə bölüşdürərək bir-birinin bank hesabları arasında köçürüblər, bir hissəsini müxtəlif valyutalara konvertasiya ediblər, bir hissəsini isə totizatorların balansını doldurmaq üçün istifadə ediblər. Bununla da pulların əsl mahiyyətini və mənşəyini gizlədiblər.

Təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinin “g” və 3-cü hissəsinin “g” bəndi ilə cinayət təqibi başlanıb (qanunsuz gəlirin leqallaşdırılması, böyük və xüsusilə böyük miqdarda gəlir əldə etməklə), bu isə 12 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Prokurorluğun vəsatəti əsasında iki təqsirləndirilənə artıq həbs qətimkan tədbiri seçilib, yeddi təqsirləndirilənə isə (istintaqla fəal əməkdaşlıq edən və cinayətin açılmasına əhəmiyyətli kömək göstərənlərə) girov təyin edilib.

Cinayət sxeminin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə istintaq davam etdirilir. Gürcüstan Prokurorluğu saxta rəsmi sənədlərin sahiblərinə müraciət edərək istintaqla əməkdaşlığa çağırır, saxta sənədləri hüquq-mühafizə orqanlarına təqdim etmələrini xahiş edir — belə hallarda onlara qanunla nəzərdə tutulmuş güzəştlər tətbiq olunacaq.