Şəxsi həyat sirrini yaydığına görə Kaxetidə bir nəfər saxlanılıb
Gürcüstan Prokurorluğunun əməkdaşları şəxsi həyatın sirrinin pozulması faktı üzrə bir nəfəri saxlayıb — təqsirləndirilənə bu gün Kaxetidə əl qandalları taxılıb.
XEBER.GE xeber verir ki, Kaxeti Rayon Prokurorluğunun İstintaq İdarəsi tərəfindən aparılmış istintaq nəticəsində müəyyən edilib ki, saxlanılan şəxs öz mobil telefonunda zərərçəkənin şəxsi həyat sirrini əks etdirən fotoşəkilləri qanunsuz saxlayıb və sosial şəbəkə vasitəsilə bir neçə şəxsə qanunsuz göndərib.
Ona Gürcüstan Cinayət Məcəlləsinin 157-ci maddəsinin birinci hissəsi ilə (şəxsi həyat sirrinin qanunsuz saxlanılması və yayılması) ittiham irəli sürülür ki, bu da 7 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.