Gürcüstanın büdcə xərclərinin 13,5, gəlirlərinin isə 11,3 mlrd dollar olacağı proqnozlaşdırılır
Gürcüstan hökuməti 2026-cı ilin dövlət büdcəsi üzrə yekun layihəni parlamentə təqdim edib.
Maliyyə Nazirliyi icmal büdcənin xərc hissəsinin 36,3 milyard lari (təqribən 13,5 milyard dollar – red.) təşkil edir.
Nazirliyin açıqlamasında qeyd olunub ki, 2026-cı il üçün real iqtisadi artımın 5%, ortamüddətli dövrdə isə 5,3% olacağı proqnozlaşdırılır.
Məlumata əsasən, ÜDM-in nominal həcmi 114,1 milyard lari (təqribən 42,2 milyard dollar – red.) səviyyəsində müəyyən edilib. Qeyd olunub ki, layihənin əvvəlki variantı ilə müqayisədə 2026-cı ilin ÜDM proqnozu 3,6 milyard lari (1,3 milyard dollar – red.) artırılıb.
Adambaşına düşən ÜDM-in 11 300 ABŞ dollarını keçəcəyi gözlənilir.
Büdcə kəsirinin ÜDM-in 2,5%-i, dövlət borcunun isə ÜDM-in 33,4%-i təşkil edəcəyi proqnozlaşdırılıb.
Nazirliyin məlumatına görə, 2026-cı ilin dövlət büdcəsinin ümumi gəlir göstəricisi 30 759,4 milyon lari (təqribən 11 milyard 387 milyon dollar – red.) səviyyəsində müəyyən edilib. Qeyd olunub ki, vergidən gəlirlər 23 milyard 200 milyon lari (8,5 milyard dollar - red.) səviyyəsində proqnozlaşdırılır.
mənbə: report