Yapon xanım İslamı qəbul etdi: “İslam ruhun şəfasıdır”
Yaponiyalı Atsuko Hosino adlı xanım kəlmeyi-şəhadət gətirərək İslam dinini qəbul edib.
Xeber.ge xeber verir ki,
Yapon xanım deyir ki, Qurani-Kərim bir ömür onu narahat etmiş və cavabsız qalmış bütün suallara cavab verib və həkimlərin müalicə edə bilmədiyi xəstəliklərə isə İslam dini şəfa verib.
Hazırda həm də dini vaiz kimi də fəaliyyət göstərən xanım Hosino qeyd edir ki, öz mənəvi həyat yolu və Quranın onun həyatına təsiri barədə hər zaman düşünür.
Buddizm və sintoizm dinində olan ailədə böyüyüb-başa çatmış yapon xanım əlavə edib ki, uzun illərdir axtardığı aydınlıq və həyati təlimatları Quranda tapıb.
“Mən anladım ki, Quran həkimin reseptinə bənzər təlimatlar daşıyır. Quran məni həkimlərin və psixoloqların illərlə sağalda bilmədiyi xəstəliklərdən sağaldıb və azad edib”, – deyə o qeyd edib.
O əlavə edib ki, Quran onu gəncliyindən bəri narahat edən ekzistensial suallara cavab verib; Quran cism və ruh üçün şəfa verən hərtərəfli təlimatlara malikdir.
Xanım Hosino əlavə edib ki, İslam dininin sayəsində o, daha öncə heç vaxt bilmədiyi dəyərlərə sahib olub.
“İlk dəfə olaraq, mən Allaha və öz valideynlərimə “hə” deməyin xoşbəxtliyini hiss etdim. Anladım ki, cəhd göstərilsə, şəxsiyyət, din və mənəviyyət – hər gün inkişaf edən məfhumlardır. Bir vaxtlar bütün diqqətimi əlində saxlayan cisim (dünya) isə isə geriləyən bir şeydir”, – deyə o bildirib.
Xanım Hosino deyib ki, Allahı tanımaqla azadlıq əldə edib.
“Allaha xidmət etməklə azadlığımı qazandım“, – deyə bildirib və vurğulayıb ki, həqiqi azadlıq Cənnətdə olacaqdır və insan gərək ona doğru addımlasın.
Qeyd edək ki, o, İranda tez-tez elmi tədbirlərdə iştirak edərək öz həyat təcrübəsini insanlarla bölüşür.
mənbə: az.shafaqna.com