Məşhur britaniyalı YouTuber İslamı qəbul etdi-Video
Mərakeş sevgisi ilə tanınan britaniyalı YouTuber və məzmun yaradıcısı Ceyms Humble bu yaxınlarda İslamı qəbul edib.
"Masry Əl-Yəvm" veb-saytının verdiyi xəbərə görə, İnstaqramda cənab Humble kimi tanınan Humble rəsmi YouTube kanalında bu mühüm mərhələni izləyiciləri ilə bölüşmək üçün mərakeşli bir dostunun köməyi ilə kəlmeyi-şəhadəti oxuduğu bir video paylaşdı.
Humble, Mərakeşə açıq heyranlığı səbəbilə uzun müddət rəğbətlə izlənir. Onun tez-tez Mərakeş millisinin forması ilə çəkildiyi videoları, xüsusən də Mərakeşdə və daha geniş ərəb dünyasında bir çox izləyicilər tərəfindən rezonans doğurub.
Humble, Avropadakı bir məsciddə ilk namazını YouTube-da son videoda paylaşıb. O, müsəlmanlarla namaz qılarkən emosional anları lentə alıb.
Fikirlərini ifadə edərkən o, İslamın əsas dəyərlərini və təlimlərini anlamağa kömək edən mərakeşlilərdən aldığı dəstəyə və yolgöstərməyə görə dərin minnətdarlığını bildirib.
mənbə: iqna