Rustavi-Martkopi yolunda ağır qəza: Ölən və yaralanan var
Gürcüstanın Rustavi-Martkopi avtomobil yolunda bir nəfərin ölümü ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Xeber.ge xeber verir ki,
Hadisə yerində alınan ilkin məlumatlara görə, minik avtomobilinin sürücüsü aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Evakuatorun sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti barədə hələlik dəqiq məlumat verilmir.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub. Hazırda yolun həmin hissəsində hərəkətin tənzimlənməsi və qəzanın başvermə səbəblərinin araşdırılması istiqamətində işlər aparılır.
Faktla bağlı istintaq başladılıb.