Marneuli bazarında 27 yaşlı kişini güllələyən şəxs saxlanılıb

Jan 7, 2026 - 19:23
 0  145
Marneuli bazarında 27 yaşlı kişini güllələyən şəxs saxlanılıb

Marneuli bazarında 27 yaşlı kişini güllələyən şəxs saxlanılıb.

Xeber.ge xeber  verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına görə, qəsdən adam öldürməyə cəhd və odlu silahın qanunsuz olaraq əldə edilməsi, saxlanılması və gəzdirilməsi ittihamı ilə — 2002-ci il təvəllüdlü şəxs "Kartsaxi" sərhəd sektoru ərazisində saxlanılıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneulidə yerləşən qızıl mağazalarından birində odlu silahla ata və oğulu yaralayaraq hadisə yerindən qaçıb. Alınan xəsarətlər nəticəsində zərərçəkənlərdən biri xəstəxanada vəfat edib, digərini isə vaxtında göstərilən tibbi yardım sayəsində xilas etmək mümkün olub.

Cinayət işi üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-109 və 236-cı maddələri ilə aparılır ki, bu da 20 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.