Gürcüstanda baytarlar xüsusi sertifikat olmadan işləyə bilməyəcəklər

Jan 7, 2026 - 18:53
Jan 7, 2026 - 18:57
 0  17
Gürcüstanda baytarlar xüsusi sertifikat olmadan işləyə bilməyəcəklər

Gürcüstanda baytar kimi işləmək üçün xüsusi dövlət sertifikatı tələb olunacaq, Gürcüstan hökuməti artıq bununla bağlı müvafiq qərar qəbul edib. Sertifikatı yalnız təhsili diplom və ya beynəlxalq səviyyədə tanınan sertifikatla təsdiqlənən baytarlar ala bilərlər.

Gürcüstanda işləmək hüququ verən dövlət sertifikatını almaq üçün baytarlar Milli Qida Agentliyinə gürcü dilində ərizə təqdim etməlidirlər. Ərizədə şəxsi məlumatlar və müraciət edənlərin fəaliyyət göstərəcəyi ixtisas qeyd olunmalıdır.

Xeber.ge xeber  verir ki, həmçinin, namizədlər Gürcüstanda tanınan ali məktəb və ya peşə məktəbinin diplomunu, iş təcrübəsini təsdiq edən sənədi, şəxsiyyət vəsiqəsinin surətini və işə qəbul haqqında sənədi təqdim etməlidirlər.

Müraciətlər təqdim edildikdən sonra namizədlər gürcü, rus və ya ingilis daxil olmaqla seçdikləri dildə imtahana buraxılacaqlar. İmtahanı uğurla verdikdən sonra onlar beş il müddətinə işləmək hüququ qazanacaqlar.

Dövlət sertifikatı alındıqdan sonra onların məlumatları reyestrə daxil ediləcək. Sertifikatsız fəaliyyət göstərmək isə qeyri-qanuni hesab olunacaq və cərimələrlə nəticələnəcək.