Qardabanidə gənc qadını amansızlıqla öldürən 37 yaşlı kişi saxlanılıb-VİDEO
Gürcüstanın Qardabani bələdiyyəsində ağır cinayət baş verib. Daxili İşlər Nazirliyi 25 yaşlı qadının qətlində ittiham olunan 37 yaşlı həyat yoldaşının saxlanılması barədə məlumat yayıb.
Xeber.ge xəbər verir ki,
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan F.A.-dan cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 (prim) 109-cu maddəsinin "k" bəndi (ailə üzvünü xüsusi amansızlıqla qəsdən öldürmə) ilə istintaq aparılır. Saxlanılan şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.